Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinərək tutulmuş paytaxt sakini Səlahətdin Əliyevdən ov tüfəngi də götürülmüşdür

05.01.2017

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Bakı şəhər sakini Lətif İsmayılova məxsus mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səlahətdin Əliyev tutulmuşdur.
Ondan qundağı və lüləsi kəsilmiş "İJ-12" markalı ov tüfəngi götürülmüşdür. Araşdırmalarla onun qeyd edilən tüfəngi ötən il dekabrın 28-də Goradil bağlar sahəsindəki evlərdən birindən oğurlaması, sonradan lüləsini və qundağını kəsməsi müəyyən edilmişdir.