Şamaxı rayon sakini Şirzad Qasımov qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən saxlanılmışdır
19.12.2016Dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılmışdır. Onun barəsində İXM-in müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunmuşdur.