Tərtər rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş vermişdir
19.12.2016Dekabrın 19-da Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk etmişdir.
Xəstəxanaya yerləşdirilmiş Q.Tanrıverdiyev orada ölmüşdür.
Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.