Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Atasını qətlə yetirdiyinə görə tutulmuş Neftçala rayon sakini Emin Heybətovun qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə Kamal Rüstəmovu da qətlə yetrmələri müəyyən olunmuşdur

12.12.2016

Atası Aydını qətlə yetirdiyinə görə dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyən edilmişdir.   

Meyitin basdırıldığı yerə baxış keçirilmiş və qalıqları aşkar edilərək götürülmüşdür.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulmuşdur. 

12.12.2016 tarixinə olan kriminal məlumatlar