Keçmiş həyat yoldaşı Röya Hüseynovanı qətlə yetirməkdə şübhəli bilinən Salyan şəhər sakini İbrahim Muradov tutulmuşdur
12.12.2016Dekabrın 12-də Masallı şəhərində Salyan şəhər sakini İbrahim Muradov münaqişə zəminində keçmiş həyat yoldaşı Röya Hüseynovaya bıçaqla xəsarət yetirmişdir.
Xəstəxanaya yerləşdirilmiş R.Hüseynova orada ölmüşdür.
Masallı və Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Muradov Salyan rayonu ərazisində tutulmuşdur.