Masazır qəsəbə sakini Tariyel Aslanova xəsarət yetirməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Müslüm Müslümov tutulmuşdur
02.12.2016Dekabrın 2-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən qəsəbə sakini Tariyel Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Müslüm Müslümov tutulmuşdur.