Abşeron rayonunun Hökməli qəsəbəsində yol-nəqliyyat hadisəsi
02.12.2016Dekabrın 2-də saat 20 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Murad İsgəndərov vurulmuşdur. O, xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "ZİL" markalı avtomobilin sürücüsü - Qobu qəsəbə sakini Canpolad Kərimov saxlanılmışdır.
Araşdırma aparılır.