Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sədərək rayon sakini Asəf Əliyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
02.12.2016Dekabrın 1-də saat 21 radələrində Sədərək rayonu ərazisində Türkiyə vətəndaşı Engin Kenan idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarında dayanmış rayon sakini Asəf Əliyevə məxsus "QAZ-3110" markalı avtomobilə vurmuş, sonuncu avtomobil zərbədən yaxınlıqda dayanmış A.Əliyevə, həmyeriləri Murad Qasımova və Rauf Qaybalıyevə dəymişdir. Nəticədə A.Əliyev, M.Qasımov, R.Qaybalıyev və E.Kenanın 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan A.Əliyev dekabrın 2-də orada ölmüşdür.
Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.