Gün ərzində 64 cinayət faktı qeydə alınmışdır
24.11.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 64 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər tutulmuşdur.