Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi
24.11.2016Noyabrın 24-də Qaradağ rayonunun Səngəçal qəsəbəsində Qubadlı rayon sakini Sənan Həsənov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanmış Hacıqabul rayon sakini Tural Güləliyevə məxsus “Shacman” markalı avtomobilə vurmuşdur. Nəticədə S.Həsənovun sərnişinləri - Bakı şəhər sakini Mükafat Ağayev, Masallı rayon sakini Günel Rzazadə və oğlu Ümid hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aprılır.