Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şirvan şəhər sakini Ədalət Qəfərov və Famil Piriyev 101 qr heroini satarkən yaxalanmışlar

19.11.2016

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Qəfərov və Famil Piriyev Kürdəmir rayonu ərazisində 101 qram heroini satarkən yaxalanmışlar. F.Piriyev polis əməkdaşlarına tabeçilik göstərməyərək özünə məxsus “Opel” markalı avtomobildə hadisə yerini tərk etmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə avtomobil Hacıqabul rayonu ərazisində saxlanılmış və F.Piriyevlə birgə BNMİ-nin QBRŞ-yə təhvil verilmişdir.