Avtomobil qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini Ramid Xəlilov tutulmuşdur
19.11.2016Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 19-cu PB və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Səməndər Tağıeyevə məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini Ramid Xəlilov tutulmuşdur.
Avtomobil onun yaşadığı evin həyətində sökülmüş vəziyyətdə aşkar edilmişdir.