Səbail rayonu ərazisində yaşayan G.Rəfiyevanın evindən 70.000 manat dəyərində qızıl əşyalarını oğurlamış Kürdəmir rayon sakini R.Öməriov tutulmuşdur
17.11.2016Noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu PB-yə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirmişdir.
Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapmış və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulmuşdur.