Bərdə şəhər sakini E.Aslanova məxsus pul kisəsini soyğunçuluq yolu ilə almış şəxslərdən biri tutulmuş, digəri müəyyən edilmişdir
17.11.2016Noyabrın 17-də Bərdə şəhərində naməlum 2 nəfər şəhər sakini Elbrus Aslanova məxsus içərisində pul və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə almışdır.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Bəxtiyar Əliyev tutulmuş, digər şəxs isə müəyyən edilmişdir. B.Əliyevdən 0,36 qram heroin götürülmüşdür.