Lənkəran şəhər sakini M.Quliyevaya məxsus mağazadan satışına razılıq verilməmiş və markalanmamış 32 ədəd dini təyinatlı ədəbiyyat götürülmüşdür
11.11.2016Baş İctimai Təhlükəsizlik İdarəsi, Lənkəran ŞRPŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən Lənkəran şəhəri ərazisində şəhər sakini Müşfiqə Quliyevaya məxsus mağazadan satışına razılıq verilməmiş və markalanmamış 32 ədəd dini təyinatlı ədəbiyyat götürülmüşdür. Həmin mağazanın lisenziya olmadan fəaliyyət göstərməsi də müəyyən edilmişdir.
Faktla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokol tərtib olunmuşdur.