Mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Tərtər rayon sakini E.İmamverdiyev saxlanılmışdır
11.11.2016Noyabrın 10-da saat 22 radələrində Gəncə şəhərindəki mağazalardan birindən Gəncə Rayonlararası Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş RMİ-nin əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Tərtər rayon sakini Elcan İmamverdiyev saxlanılaraq Kəpəz RPİ-yə təhvil verilmişdir.