Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Şuşa rayon sakini Saleh Mehdiyev, Bakı şəhər sakini Tərlan Əhmədağazadə, Füzuli rayon sakini İntiqam Quliyev, Samux rayon sakini Köçəri Piriyev və Saşa adlı şəxs tutulmuşlar

09.11.2016

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-nə keçən gecə Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Kontakt" və "Evrolux" şirkətlərinə məxsus anbardan pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini Saleh Mehdiyev tutulmuşdur. Ondan 2 ədəd kondisioner və 1 ədəd tozsoran götürülmüşdür.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun hadisəni əvvəllər həmin anbarda işləmiş Bakı şəhər sakini Tərlan Əhmədağazadə, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Quliyev, Samux rayon sakini, əvvəllər məhkum olunmuş Köçəri Piriyev və Saşa adlı şəxslə birgə törətməsi və anbardan təxminən 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurlamaları da müəyyən edilmişdir.  

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə K.Piriyev tutulmuş, onun paytaxt ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan 2 ədəd kondisioner və 1 ədəd kombi aşkar edilərək götürülmüşdür.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədağazadə də tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 7-də "Xəzər inşaat" şirkətinə məxsus anbardan 71168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyalar oğurlaması da müəyyən edilmişdir.

09.11.2016 tarixinə olan kriminal məlumatlar