Oğurluqda şübhəli bilinən Masallı rayon sakini Fuad Həbibov tutulmuşdur
09.11.2016Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-dən iyulun 26-dək olan müddətdə rayon sakinləri olan 5 nəfərə məxsus yardımçı təsərrüfatlardan ümumilikdə 4 baş inək və 6 baş qoyun, habelə Sabirağa Əsədova məxsus evdən 200 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Həbibov tutulmuşdur.