Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini Rövşən Qarayev tutulmuşdur
08.11.2016Noyabrın 8-nə keçən gecə Xırdalan şəhərində şəhər sakini Qəhrəman Həsənova məxsus "VAZ-2106" markalı avtomobildən sənəd oğurlanmışdır.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Rövşən Qarayev tutulmuşdur.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 6-da 2 (iki) mağazadan və daha bir avtomobildən pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.