Ağdaş rayon sakini Bəkir Baxşəliyevi bıçaqla qətlə yetirmiş Ramazan Qurbanov tutulmuşdur
08.11.2016Noyabrın 8-də Ağdaş şəhərində rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov münaqişə zəminində həmyerlisi Bəkir Baxşəliyevi bıçaqla qətlə yetirmişdir.
Ağdaş RPŞ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində R.Qurbanov tutulmuşdur.