Ağcabədi rayon sakini Qədir Məmmədov narkotik vasitə satarkən tutulmuşdur
01.11.2016Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Qədir Məmmədov 21,352 qram marixuananı satarkən tutulmuşdur. Onun evinə baxış zamanı isə oradan əlavə olaraq 4 kiloqram 115 qram marixuana aşkar edilərək götürülmüşdür.