Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi
01.11.2016Noyabrın 1-də saat 19 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Şakir Şükürov idarə etdiyi "MAN" markalı avtomobillə yolu keçən həmyerlisi Ağanur Ağayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.