Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Saatlı rayonundakı ərazi şöbəsində məsləhətçi-müfəttiş işləyən K.Səlimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almışdır
30.10.2016Oktyabrın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Saatlı rayonundakı ərazi şöbəsində məsləhətçi-müfəttiş işləyən Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almış və o, xəstəxanaya yerləşdirilmişdir.
Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülmüşdür.
Araşdırma aparılır.