Yasamal rayonu ərazisində yaşayan V.Mustafayevin evindən oğurluq törətməkdə şübhəli bilinən paytaxt sakini B.Nəcəfova tutulmuşdur
30.10.2016Oktyabrın 29-da Yasamal rayonu ərazisində yaşayan Vüqar Mustafayevin evindən naməlum şəraitdə 10 min manat dəyərində qızıl, gümüş və məişət əşyaları oğurlanmışdır.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bəsti Nəcəfova tutulmuşdur.