Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avqustun 24-də N.Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşlarını döyməkdə şübhəli bilinən bir qrup şəxs tutulmuşlar

30.10.2016

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və  İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulmuşlar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyulun 25-də Sumqayıt şəhər sakini Ziyafət Novruzova bıçaqla az ağır zərər yetirmələri, 2013-cü il noyabrın 4-də Əflatun Seyidova qarşı xuliqanlıq etmələri, ötən il dekabrın 12-də Babək Allahverdiyevə bıçaqla  xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaları, habelə yanvarın 22-də Röyal Səfərovun münaqişə zəminində Fərid Əsgərova bıçaqla xəsarət yetirməsi də müəyyən edilmişdir.