Ticarət mərkəzindəki 5 mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülmüşdür
20.10.2016DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 20-də Qaradağ rayonunun ərazisində yerləşən ticarət mərkəzindəki 5 (beş) mağazadan satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 287 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD aşkar edilərək götürülmüşdür.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir.