Quldurluq etməkdə şübhəli bilinən Tərtər rayon sakini Zaman Bayramov tutulmuşdur
20.10.2016Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Bakı şəhər sakini Aygün Əmiraslanovanın qızıl boyunbağısını quldurluq yolu ilə almaqda şübhəli bilinən Tərtər rayon sakini Zaman Bayramov tutulmuşdur.