Astara şəhər sakini Ə.İmanzadədən və İran vətəndaşı Ə.Şəfəqniyadan həşiş və marixuana götürülmüşdür
19.10.2016Daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Əhliman İmanzadədən və İran vətəndaşı, əvvəllər məhkum olunmuş Əkbər Şəfəqniyadan 36 qram həşiş və 22,4 qram marixuana götürülmüşdür. Ə.İmanzadənin yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram həşiş aşkar edilərək götürülmüşdür.