Gəncə şəhərində azyaşlı G.Tahirlinin qızıl sırğasını soyğunçuluq yolu ilə almış şəxslər tutulmuşlar
19.10.2016Oktyabrın 7-də Gəncə şəhərinin 4-cü mikrorayon ərazisində naməlum şəxs soyğunçuluq yolu ilə şəhər sakini, azyaşlı Gülay Tahirlinin qızıl sırğasını almışdır.
Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədilməsi müəyyən edilmiş və onlar tutulmuşlar. S.Quluzadədən 4,45 qram tiryək götürülmüşdür.