Biləsuvar RPŞ əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılmış avtomobildən 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülmüşdür
14.10.2016Daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar RPŞ əməkdaşları tərəfindən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır. Sərnişini - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Əliyevin də olduğu avtomobilə baxış zamanı 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülmüşdür.