Qaradağ rayonunda meyiti tapılmış şəxsin əvvəllər məhkum olunmuş A.Bakayın olması müəyyən edilmişdir
14.10.2016Oktyabrın 13-də Qaradağ rayonunun Lökbatan-Buta yolunun kənarında üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılmışdır.
DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Andrey Bakayın olması müəyyən edilmişdir.