Qeyri-rəsmi nikah münasibətində olduğu A.Abdulxalıqovanı balta ilə qətlə yetirmiş İmişli rayon sakini A.Nəsirov tutulmuşdur
14.10.2016Oktyabrın 14-də İmişli rayonunun Gövhərli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Ağabba Nəsirov evində münaqişə zəminində qeyri-rəsmi nigah münasibətində olduğu Aygün Abdulxalıqovanı balta ilə qətlə yetirmişdir.
İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəsirov tutulmuşdur.