Odlu silah və vasitələri satmaqda şübhəli bilinən Tərtər rayon sakini Şikar Məmmədov və Laçın rayon sakini Tacir İsgəndərov tutulmuşlar
12.10.2016Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Şikar Məmmədov Bərdə rayonunun ərazisində “AK” markalı silahı, 2 ədəd patron darağını və 42 ədəd patronu satarkən tutulmuşdur.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədova həmin silah və döyüş sursatını satmış Laçın rayon sakini Tacir İsgəndərov da tutulmuşdur.