Avtomobil qaçırmış Bakı şəhər sakini İmdad Məmmədov saxlanılmışdır
12.10.2016Oktyabrın 12-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Nuğan Zeynalova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır.
Hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov həmin gün Xırdalan şəhəri ərazisində avtomobili idarə edərkən Abşeron RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.