Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Türkel Seyidov tutulmuşdur
11.10.2016Oktyabrın 11-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Nərgiz Seyidovaya məxsus mobil telefonu soyğunçuluq yolu ilə almışdır.
Baş Mühafizə İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Türkel Seyidov tutulmuşdur.