Oğurluqda şübhəli bilinən paytaxt sakinləri Mirzəağa Həbibov və Rasim Novruzoğlu tutulmuşlar
11.10.2016Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 28-də Bakı şəhər sakini Hümbət Hümbətova məxsus evdən 9100 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Mirzəağa Həbibov və Rasim Novruzoğlu tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların İsmayıl Əhmədova və İqdam Ələkbərova məxsus həyətyanı sahələrdən 26 baş qoyun oğurlamaları da müəyyən edilmişdir. M.Həbibovdan 10,120 qram, R.Novruzoğludan isə 8,28 qram marixuana götürülmüşdür.