Masazır qəsəbəsində yaşayan Lalə Muxtarovanı qətlə yetirmiş keçmiş əri Ağdam rayon sakini Sadiq Muxtarov özünə də bıçaqla xəsarət yetirmişdir
10.10.2016Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Lalə Muxtarovanın evinə gəlmiş keçmiş əri, Ağdam rayon sakini Sadiq Muxtarov münaqişə zəminində ona küt alətlə başından, özünə isə bıçaqla sinə nahiyəsindən xəsarət yetirmişdir. L.Muxtarova hadisə yerində ölmüşdür. S.Muxtarova xəstəxanada tibbi yardım göstərildikdən sonra polisə gətirilmişdir.
Araşdırma aparılır.