Ümumilikdə 16 baş inəyi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Anar Qarabalayev və Rövşən Atakişiyev tutulmuşlar
10.10.2016Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 7-dək olan müddətdə Lənkəran rayon sakinləri Əlisa Əliyevə, Nargilə Rüstəmovaya, Şahin Şükürova, Zaur Nəcəfova, İlyas Məmmədova və Yaqub Axundova məxsus ümumilikdə 16 baş inəyi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Anar Qarabalayev və Rövşən Atakişiyev tutulmuşlar. Onların Balıqçılar qəsəbə sakini Əli Əsədullayevə məxsus 1 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.