Gəncə şəhər sakini Mürsəl Rüstəmzadənin idarə etdiyi avtomobilə baxış zamanı 1,04 kq heroin aşkar edilərək götürülmüşdür
29.09.2016Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Gəncə şəhər sakini Mürsəl Rüstəmzadənin idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılmış və yük yerinə baxış zamanı oradan 1 kiloqram 40 qram heroin aşkar edilərək götürülmüşdür. M.Rüstəmzadə və sərnişini, həmyerlisi Elmir Sultanov tutulmuşlar.