Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
29.09.2016Sentyabrın 29-da saat 16 radələrində Mingəçevir şəhəri ərazisində Gəncə şəhər sakini Eşqin Mahmudov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən şəhər sakini Vladimir Rıbkini vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.