Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Mais İbadov tutulmuşdur
28.09.2016Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 18-də “Bakı Elektrik Tökmə” ASC-nin inzibati binasından 1804 manat pul, 72.100 manat dəyərində alüminium metal hissələri və müşahidə kameralarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Mais İbadov tutulmuşdur.