Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçıraraq qəza törətməkdə şübhəli bilinən paytaxt sakini Səbri Abdullayev tutulmuşdur

28.09.2016

Sentyabrın 28-də Nərimanov rayonunun Ə.Əliyev küçəsindən Bakı şəhər sakini Ramil Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılmış və həmin küçədə paytaxt sakinləri Əflatun Əhmədovun idarə etdiyi "KİA" və Təranə Paşayevanın idarə etdiyi "Honda" markalı avtomobillərə vurulmuşdur.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Səbri Abdullayev tutulmuşdur.