Ağsu rayon sakini İsmət Musayev yıxılaraq aldığı xəsarətdən ölmüşdür
28.09.2016Sentyabrın 28-də Sumqayıt şəhəri ərazisində Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev fəhlə işlədikləri evin damında təmir işləri apararkən (5 mərtəbəli binadan) yıxılmışlar. İ.Musayev hadisə yerində ölmüşdür. Araşdırma aparılır.