Ucar rayon sakini Vaqif Rəhimovdan və Tamerlan Abbasovdan narkotik vasitələr götürülmüşdür
05.09.2016Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini Vaqif Rəhimovdan 8,058 qram marixuana götürülmüşdür.
Əməliyyat tədbirlərinin davamı olaraq V.Rəhimova narkotik vasitəni satmış Tamerlan Abbasov tutulmuş və ondan 255,512 qram tiryək və 225,209 qram marixuana götürülmüşdür.