Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Şabran şəhərində rayon sakini Ramiz Həsənov yerləşdirildiyi xəstəxanada ölmüşdür
05.09.2016Avqustun 16-da saat 17 radələrində Şabran şəhərində rayon sakini Ramiz Həsənovun idarə etdiyi “VAZ-21063” və Siyəzən rayon sakini Toğrul Güləliyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Həsənov xəstəxanaya yerləşdirilmiş və sentyabrın 4-də orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.