Lənkəran rayonunun Girdəni kənd sakini Sirac Rəhmanovdan narkotik vasitələr götürülmüşdür
03.09.2016Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Girdəni kənd sakini Sirac Rəhmanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 18 kiloqram 550 qram olan 30 ədəd çətənə kolu və həyətindəki yardımçı otaqdan 1 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.