Sabunçu rayonunun Pirşağı qəsəbəsində yol-nəqliyyat hadisəsi
03.09.2016Sentyabrın 3-də saat 03 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsində Abşeron rayon sakinləri Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Məmmədzadə hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.