Bakı şəhər sakini A.Feyzullayevə məxsus avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən R.Abdullayev tutulmuşdur
01.09.2016Sentyabrın 1-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Azər Feyzullayevə məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanmışdır.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ramil Abdullayev tutulmuşdur. Ondan 1,260 qr heroin götürülmüşdür.