Binəqədi rayonu ərazisində "VAZ-2107" markalı avtomobillə paytaxt sakini S.İsmayılova vurulmuşdur
01.09.2016Avqustun 29-da saat 22 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Orxan Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Sona İsmayılovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 1-də orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.