Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi
31.08.2016Avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyevanı və Samirə Şirinovanı vurmuşdur. Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, E.Dünyamalıyeva orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.